Ramazan ayı iyunun 7-nə təsadüf edir
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılər Şurası və Elmi-Dini Şurasının bugünkü toplantısı bu il Ramazan ayı ilə bağlı fətva yayıb.
Fətvada deyilir ki, Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən ölkə ərazisində Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimilə iyunun 7-nə təsadüf edir və beləliklə, islamın vacib buyurduğu orucluq başlayır. Eyni zamanda Fətvada deyilir ki, orucluq bayramı iyul ayının 6-na təsadüf edir.
Bununla bağlı QMİ rəsədxana ilə birgə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib.
Qazılar Şurasının qənaətinə görə, bugünkü iqtisadi duruma uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə edilir.
QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərinə bir daha xəbərdarlıq edir: “Şəriətə görə, Ramazan ayı ərzində iftardan öncə açılan süfrələrdə iştirak etmək böyük günahdır. Bu xəbərdarlığı nəzərə almayan din xadimlərinin barəsində ciddi tədbirlər görüləcək”.-05D-
-
- İqtisadiyyat
- 27 May 2016 11:46
-
- Cəmiyyət
- 27 May 2016 11:57
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz