Saxta diplomlu həkimlərlə bağlı xüsusi işçi qrup yaradılıb
Saxta diplomlu həkimlərlə bağlı xüsusi işçi qrup yaradılıb
Son zamanlar Azərbaycanda plastik əməliyyatları həyata keçirən bəzi həkimlərin buna səlahiyyətlərinin olmaması ilə bağlı məsələlər geniş müzakirə olunur. Ayrı-ayrı məlumatlara görə, bu sahədə bir sıra həkimlərin heç müvafiq diplomu belə yoxdur. Həmin məlumatlarda iddia edilir ki, saxta həkim diplomları ilə fəaliyyət göstərən bəzi şəxslər müxtəlif klinikalarda çalışır.
Əvvəlki illərdə də ölkədə saxta həkim diplomlarının aşkar olunması ilə bağlı açıqlamalar olub. Səhiyyə Nazirliyinin məlumatına görə, 2015-cı ildə Azərbaycanda 38, 2018-ci ildə 19, 2021-ci ildə isə 32 saxta diplom aşkarlanıb.
Nazirlikdən "Turan"a bildirilib ki, bu məsələ ilə bağlı məlumatlar onlara da daxil olur və müraciətləri araşdırmaq məqsədilə səhiyyə nazirinin əmri əsasında xüsusi işçi qrup yaradılıb: "Araşdırmalarla heç bir tibbi təhsili olmayan insanların sosial media vasitəsilə vətəndaşlara yanlış məlumat verərək müalicəyə cəlb etdikləri müəyyən olunub".
Vurğulanıb ki, aşkarlanan cinayət tərkibli əməllərlə bağlı toplanmış ilkin materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) isə deyilib ki, qurumun tabeliyində olan müalicə müəssisələrinə işə qəbul daxili qaydalar və qanunvericiliyin tələbi əsasında həyata keçirilir: "Həkimlərin ixtisas seçimi, sertifikasiya nəticələri mütləq şəkildə nəzərə alınır".
Həkim Aydın Əliyev də mövzu ilə bağlı AzadlıqRadiosuna bildirib ki, belə hallar var: "Təəssüf ki, biz bu adamların həyata keçirdiyi plastik əməliyyatların nəticəsində pasiyentlərdə ağırlaşmaları, dəri defektləri müşahidə edirik".
Ekspertin sözlərinə görə, plastik-estetik cərrahiyyə maddi məsrəfləri çox olan bir prosedurdur: "Onu həyata keçirən həkimlərin gəlirləri digər ixtisas həkimlərindən daha çoxdur. Tamahı çox olan "həkimlər" müxtəlif yollarla, kurs keçməklə özlərini estetik cərrah elan edirlər. Təbii ki, onlar qeyri-peşəkar olduqlarına görə onların gördüyü iş də çox fəsadlı olur".
O xatırladır ki, 2011-ci ildən bütün həkimlər mütləq rezidenturadan keçməlidir: "Əgər adam estetik cərrah olmaq istəyirsə, onun bununla bağlı rezidentura diplomu olmalıdır. O diplomu saxta yollarla almaq mümkün deyil, çünki orada qəbul tarixi, keçdiyi imtahanlar və digər məlumatlar əks olunur. Adam xaricdə təhsil alıbsa, ora sorğu göndərilir. Yəni, qanunla bu məsələ həll olunur və qanun icra olunursa, problem olmamalıdır. Ancaq bu qanun nə dərəcədə icra olunur, bu, artıq sual altındadır".
Bu məsələdə zərər çəkdikləri bildirilən bəzi şəxslərə də üz tutduq. Lakin onlar açıq danışmaq istəmədilər.
-
- Siyasət
- 23 Dekabr 2024 16:57
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz