Sinoptiklər havanın daha da soyuyacağını proqnozlaşdırırlar
Noyabrın 22-i axşamdan başlayaraq Bakıda və Abşeronda şimal-qərb küləyi güclənəcək, qar yağacaq, sinoptiklər bildiriblər.
Noyabrın 23-24-də havanın temperaturu gecə -3 dərəcəyə enəcək, gündüz +1+3 dərəcə olacaq, yollar buz bağlayacaq. Yağış və qar yağmaqda davam edəcək.
Dağlarda və dağətəyi rayonlarda intensiv qar yağacaq. Havanın temperaturu dağlarda -5-10 dərəcə enəcək. Aran rayonlarında 0-5 dərəcə olacaq. -02D-
-
- İqtisadiyyat
- 22 Noyabr 2016 12:50
-
- İqtisadiyyat
- 22 Noyabr 2016 13:25
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz