
Sinoptiklər havanın pisləşəcəyi və temperaturun aşağı düşəcəyi barədə xəbərdarlıq edirlər
Sinoptiklər havanın pisləşəcəyi və temperaturun aşağı düşəcəyi barədə xəbərdarlıq edirlər
Şənbə günü Abşeron yarımadasında intensiv yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ölkənin rayonlarında qeyri-sabit hava şəraiti oktyabrın 15-nə qədər davam edəcək. Bu günlərdə ölkə ərazisinin əksər hissələrində leysan yağacaq, şimşək çaxacaq və dolu düşəcək. Yüksək dağlıq ərazilərdə qar yağacaq.
Havanın temperaturu 5-10 dərəcə aşağı düşəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Rəy yaz