Siyasi məhbuslar çoxgünlük aclığı dayandırıblar

Bakı/23.01.19/Turan: Bloger Mehman Hüseynova dəstək olaraq aclıq edən bir qrup siyasi məhbus yanvarın 23-də etiraz aksiyanı dayandırıb. Bu barədə Turan-a aksiya iştirakçılarının doğmaları bildiriblər.

Bunlar İlkin Rüstəmzadə Qiyas İbrahimov, Bayram Məmmədli, Əhsən Nuruzadə və Orxan Baxışlıdır.

Fəallar ictimaiyyətin onlara müraciəti, həmçinin Mehman Hüseynova qarşı yeni cinayət işinə xitam verilməsi ilə əlaqədar aclığı dayandırıblar.

Siyasi məhbuslar aclığa yanvarın 13-də başlamışdılar.-05D06-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti