Açiq mənbələrdən foto.
TƏBİB rəhbəri COVİD-19 ilə bağlı qarşıdakı vaksinasiya barədə
Bakı/23.09.20/Turan: COVİD-19 ilə bağlı qarşıdakı vaksinasiya könüllü olacaq, birinci mərhələdə Azərbaycan əhalisinin 20%-ni əhatə edəcək. Bu barədə koronavirusa qarşı Mübarizə Fondunun İctimai Nəzarət Şurasının iclasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbəri Ramin Bayramlı məlumat verib.
Onun sözlərinə görə, ilk növbədə vaksinasiya risk qrupuna daxil olan şəxslər – əhali ilə təmasda olan tibb işçiləri, hüquq- mühafizə orqanları əməkdaşları, ağır xəstəliklərdən -şəkərli diabet, ürək-damar xəstəlikləri, böyrək çatışmazlığı və s. əziyyət çəkən şəxsləri əhatə edəcək.
Xatırladaq ki, Azərbaycan ÜST tərəfindən təqdir edilən və hazırda sınaqdan keçirilən peyvəndi almağı planlaşdırır. -02D-
-
- İqtisadiyyat
- 23 Sentyabr 2020 17:03
-
- Cəmiyyət
- 23 Sentyabr 2020 17:33
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz