Təbrizdə erməni tarix muzeyi açılacaq
Yerevan/30.05.13/Turan-Arm_İnfo: Təbrizdə tezliklə Şərqi Azərbaycan əyalətində yaşayan ermənilərin tarix muzeyi açılacaq. İRNA agentliyinin məlumatına görə, bu barədə mayın 30-da İranın Mədəni İrs Təşkilatının baş direktoru Turab Məhəmmədi bildirib.
Muzeydə tarixin müxtəlif dövrlərində ermənilərin həyat tərzini əks etdirən eksponatlar toplanacaq, deyə Məhəmmədi bildirib. “Bizim Şərqi Azərbaycan əyalətində yaşayan ermənilərn xilafət Şurası ilə danışıqlarımız baş tutub. Biz Təbriz kilsələrindən birində toplanmış tarixi eksponatların bu muzeyə verilməsi haqqında razılıq əldə etmişik”, deyən Məhəmmədi əlavə edib ki, erməni tarix muzeyi üçün yer də seçilib – muzey Təbrizin tarixi abidəsi hesab olunan “Əsədi” erməni məktəbinin binasında yerləşəcək.
““Əsədi” məktəbinin binasında bərpa işləri həyata keçiriləcək və o, muzey kimi fəaliyyət göstərəcək. Muzeydə toplanan eksponatları erməni ailələri hədiyyə edib, ən qədim eksponatın 500-dən çox yaşı var”, deyə Məhəmmədi sözünü tamamlayıb. -02D-
-
- Siyasət
- 30 May 2013 17:55
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz