Tərtər sakininin özünü partlatması faktı ilə bağlı cinayət işi başlanılıb
Bakı/30.08.19/Turan: Tərtər rayon sakini Elmir Hüseynlinin əl qumbasını partlatması nəticəsində ölməsi faktına görə Cinayət Məcəlləsinin 125-ci (özünüöldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin məlumatında deyilir.
Məlumata görə, avqustun 29-da Tərtər rayon sakini Elmir Hüseynli yaşadığı evin həyətində sərxoş vəziyyətdə naməlum mənbədən əldə etdiyi əl qumbarasını partlatması nəticəsində aldığı xəsarətlər səbəbindən vəfat edib. İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.
İlkin istintaqla müəyyən edilib ki, Hüseynli Tərtər rayonu ərazisində keçirilmiş toy məclisindən sərxoş vəziyyətdə evə qayıtdıqdan sonra istintaqa məlum olmayan mənbədən əldə etdiyi əl qumbarası ilə özünü partladacağını bildirib, səs-küyə həyətə gələn qonşusu Fikrət Abbasov onu özünü öldürməkdən çəkindirmək üçün yaxınlaşarkən Elmir Hüseynli əl qumbarasını partladıb, hadisə nəticəsində Elmir Hüseynli hadisə yerində vəfat edib, Abbasov isə ağır dərəcəli bədən xəsarətləri alıb. -03D-
-
- Siyasət
- 30 Avqust 2019 14:16
Cəmiyyət
-
İstanbul Hava Limanında həyata keçirilən bir əməliyyat, diplomatik münasibətlərdə sarsıntı yarada biləcək bir hadisəni üzə çıxardı. Azərbaycan hərbi attaşesi olduğu iddia edilən Kəhrəman Şamil oğlu Məmmədov, 70 kiloqram qızıl ilə saxlanıldı. Türkiyə KİV-in məlumatına görə, Məmmədovun diplomat olması ilə bağlı açıqlamalarına baxmayaraq, hadisənin qızıl qaçaqmalçılığı ilə bağlı olduğu güman edilir.
-
Sərin bir noyabr axşamı, Bakının sakinləri Xəzər dənizinin sahilində toplaşaraq, sahilə vurulmuş nəhəng bir balinanın bədənini heyrətlə izlədilər. 16 metr uzunluğunda olan bu məxluqun cansız görünən forması və kəskin qoxusu bir çoxlarına ekoloji faciənin şahidi olduqlarını düşündürdü. Lakin bu gecə sirli qonaq artıq yox idi – yük platformasına yüklənərək hava limanına aparılmışdı.
-
Noyabrın 25-dən etibarən COP29 konfransı iştirakçılarına ayrılmış xüsusi avtomobil zolaqları öz eksklüziv statusunu itirəcək və bütün nəqliyyat vasitələri üçün açıq olacaq. Bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
-
Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz isə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Rəy yaz