Rəşad Maxmudov
Tibb işçiləri "Ürəklər Qarabağ üçün döyünür" aksiyası keçirilir
Respublika Diaqnostika Mərkəzinin İnvaziv Kardiologiya və Ürək-Damar Xəstəlikləri Şöbəsinin həkimlər briqadası Dr. Rəşad Mahmudovun rəhbərliyi ilə cümə axşamı ürək patologiyaları olan uşaqları əməliyyat etmək üçün sərhədyanı Füzuli rayonuna gəlib.
Tibb mütəxəssislərinin aksiyası "Ürəklər Qarabağ üçün döyünür" şüarı altında keçirilir və 4 gün davam edəcək. Əməliyyatlar Füzuli rayonunun Diaqnostika Mərkəzində keçirilir və cəbhə zonasında 1 yaşından 10 yaşına qədər olan uşaqları əhatə edir. Elə ilk gün altı uşaq əməliyyat olunub.
"Biz uşaqlarımızı normal həyata qaytaran həkimlərə həddindən artıq minnətdarıq", deyə əməliyyat olunmuş uşağın atası Şəmsi Bağırov jurnalistlərə bildirib.
Səhiyyə Nazirliyi valideynləri ön cəbhədə olan uşaqların əməliyyat olunmasının xüsusi əhəmiyyətini qeyd edir.
Səhiyyə Nazirliyi fəaliyyətinin əsas prioritetlərindən biri uşaqların sağlamlığının qorunmasıdır və bununla əlaqədar müxtəlif layihələr və aksiyalar hazırlanır və həyata keçirilir, deyə bu qurumun mətbuat xidmətinin rəhbəri Liya Bayramova Turan-a bildirib. -0-
-
- İqtisadiyyat
- 28 Aprel 2016 13:40
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz