Vəkil müxalifətçinin işi üzrə yeni məhkəmə istintaqının keçirilməsini istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayevin (Abdullazadə) işi üzrə növbəti məhkəmə iclası keçirilib. O, narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunur.
İclasın əvvəlində vəkil Əli Mehdiyev qeyd edib ki, məhkəmə E.Abdullayevin günahını sübuta yetirməyib. Məhkəmə hərtərəfli obyektiv araşdırma aparmayıb.
E.Abdullayev yanvarın 8-də Pedaqoji Universitetdə imtahan verdikdən sonra saat 11:30-da Sahil parkında saxlanılıb. Onu maşına əyləşdirib əllərini qandallayıblar və polisə aparıblar. 8 saatdan sonra geyimlərinə baxış keçirilib ki, bu da qanun pozuntusu sayılır.
E.Abdullayevi şəxsən görməyən istintaqçı onun həbsi barədə qərar verib. Müdafiə tərəfinin vəsatətinə baxmayaraq, istintaqçı məhkəməyə çağırılmayıb.
Şahidlərdən biri - Dərgah Quliyev 2008-ci ildən Bakıda və ölkə rayonlarının müxtəlif məhkəmələrində şahid kimi çıxış edir.
Bundan əlavə, məhkəmə Türkel Azərtürkün əlavə şahid kimi çağırılması barədə müdafiə tərəfinin vəsatətini təmin etməyib.
E.Abdullayev polisdə olarkən öz fotosunu mobil telefona çəkib və Facebook-a qoyaraq saxlandığını bildirib.
Polis əməkdaşları bunu biləndə materialın götürülməsini tələb ediblər. Lakin o vaxta qədər T.Azərtürk fotonu görərək başqaları ilə paylaşıb.
Bundan sonra yoldaşları E.Abdullayevə telefon etməyə başlayıblar, lakin polis onun telefonunu alıb.
Vəkilin sözlərinə görə, E.Abdullayev Polis İdarəsində pilləkənləri düşərkən narkotik maddəni onun şalvarının arxa cibinə qoyublar. Bununla əlaqədar vəkil yeni məhkəmə istintaqının keçirilməsi barədə vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin etməyib və vəkilin yekun sözlə çıxış etməsini təklif edib.
Vəkil vaxt istəyib. Proses mayın 29-da davam edəcək.
Bundan öncə prokuror E.Abdullayevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
E.Abdullayev CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham olunur. Lakin gəncin təqib olunmasının əsl səbəbi onun tələbələr arasında demokratiya ideyalarını təbliğ, hökumətin siyasətini isə tənqid etməsidir.-06B-
-
- İqtisadiyyat
- 27 May 2015 15:42
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz