Xəzərdə İran vətəndaşları saxlanılıb
Bakı/26.07.18/Turan: Azərbaycan sərhədçiləri Xəzərdə ölkənin dəniz sərhədini pozan iki İran vətəndaşını saxlayıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat verib.
İdarənin məlumatına görə, iyulun 24-də saat 23:30 radələrində Xəzərin Azərbaycan sektorunun cənub istiqamətində sərhəd mühafizə gəmisi İran tərəfindən sürətlə hərəkət edən, Azərbaycan dövlət sərhədini pozan obyekt aşkar edib.
Hərəkət edən obyekt Yamaha-200 mühərriki ilə təchiz edilmiş mühərrikli "Layner" qayığı idi.
Sərhədi pozanların təqibi 3 saat davam edib. 02:45 radələrində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi yaxınlığında onlar saxlanılıb. Qayıqda İran vətəndaşları Ramazani Omid və Rahimpur Rza var idi. Baxış zamanı Rahimpurun üzərindən 1 kq tiryək, bir ədəd beşgülləli 12 çaplı "Maqnum" silahı ve güllələr aşkar edilib.
Faktla bağlı Dövlət Sərhəd Xidmətinin istintaq idarəsində AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. -06D-
-
- Cəmiyyət
- 26 İyul 2018 11:00
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz