Yaşar Cəfərli məhkəmənin gedişindən narazıdır
Ötən həftə Demokratik Qüvvələrin Milli Şurasının üzvü, hərbi ekspert Yaşar Cəfərliyə qarşı törədilmiş sui-qəsd cəhdi ilə bağlı başlamış məhkəmə prosesinin növbəti iclası keçirilib.
Məhkəmə prosesinin gedişindən narazı olan zərərçəkmiş Y. Cəfərli bildirib ki, hüquq- mühafizə orqanları ona qarşı törədilmiş sui-qəsd cəhdini adi toqquşma kimi qələmə verərək məhkəmə prosesini yekunlaşdırmaq istəyir.
“Məhkəmə prosesinin gedişində məlum olur ki, mənə qarşı sui-qəst cəhdi təşkil olunmuş bir hadisədir və bunun arxasında Səfər Əbiyev və onun komandası dayanır. Məhkəmədə istintaq materiallarının araşdırılması zamanı açıq şəkildə görünür ki, mənə qarşı törədilmiş cinayət məqsədyönlü şəkildə olub və mənim ictimai-siyasi fəaliyyətimə qarşı yönəlib. Ümumiyyətlə, həm prokurorluq orqanlarının apardığı istintaq işində, həm də məhkəmə prosesinin gedişində obyektivlik yoxdur”, - o bildirib.
Hərbi ekspert qeyd edir ki, istintaqın gedişi və məhkəmə araşdırması onun şübhələrimin doğru olduğu təsdiqləyib.
“Yəni, mənə qarşı törədilən sui-qəsd dövlət vəzifəsi daşıyan bir qrup cinayətkar tərəfindən təşkil olunub və bunun arxasında Müdafiə naziri Səfər Əbiyev durur”, - o vurğulayıb.
Y. Cəfərli hüquq-mühafizə orqanlarının ona qarşı törədilmiş cinayət işinin araşdırılmasına səhlənkar münasibət bəsləməsini Demokratik Qüvvələrin Milli Şurasına edilən təzyiq kimi qiymətləndirir.
Hərbi ekspert Yaşar Cəfərli bu il aprelin 2-də Yeni Yasamal yaşayış massivində yaşadığı binanın qarşısında naməlum şəxslərin hücumuna məruz qalıb. Y. Cəfərli qonşularının köməkliyi ilə ona hücum edənlərdən birini saxlayaraq polisə təhvil verib. -03D-
-
- Siyasət
- 29 İyul 2013 14:44
-
- İqtisadiyyat
- 29 İyul 2013 15:24
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz