Azərbaycan İranın dondurulmuş 500 mln. dollar həcmində aktivindən 120 mln.-u qaytaracaq
Ticarət və iqtisadi əməkdaşlıq üzrə İran-Azərbaycan birgə komissiyası katibliyinin rəhbəri Mehdi Möhtəşəmi bildirib ki, İranın Azərbaycanda dondurulmuş 120 milyon dollar həcmində aktivləri qaytarılacaq. İranın Mehr agentliyi bildirib.
“Tehranda Azərbaycan nümayəndə heyəti ilə görüş zamanı iki ölkə İranın 500 mln. dollar həcmindən aktivinin bir hissəsinin buraxılması barədə razılığa gəlinib. Bu vəsait qarşılıqlı ticarətin inkişafına yönəldiləcək”, - avqustun 7-də Möhtəşəmi Ərdəbil əyalətinin ticarətçiləri ilə görüşündə deyib.
Bundan əvvəl Qərblə nüvə proqramına dair razılaşmadan sonra İran Azərbaycan hökumətindən və Mərkəzi Bankından iranlı şəxslərin Azərbaycanın bank hesablarında dondurulan aktivlərinin qaytarılmasını xahiş edib. Vəsait İrana qarşı beynəlxalq maliyyə sanksiyası çərçivəsində dondurulmuşdu.
İran Naxçıvan Muxtar Respublikasına qaz nəqlinə investisiya qoymağa, Azərbaycanda təkrar yataqların istehsalını və inkişafını artırmağa, birgə bankın yaradılmasına, İranın Bakıdakı Melli Bankının fəaliyyətinin genşləndirlməsinə, birgə investisiya və sığortaya hazır olduğunu bildirib. Bütün bu məsələlər, həmçinin kapitalların qorunmasına zəmanət məsələsi Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin bu həftə Tehrana səfəri zamanı müzakirə edilib.—0--
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz