Belçikada bir qrup erməni dələduzluğa görə həbs olunub
Bakı/07.06.18/Turan: Belçikada beş erməni korrupsiya və pulların yuyulması ittihamı ilə həbs olunub, bu ölkənin prokurorluğu məlumat yayıb.
İttiham tennis matçlarının nəticələrinin manipulyasiyası ilə məşğul olan cinayətkar təşkilatın işi üzrə araşdırma çərçivəsində irəli sürülüb.
"Əməliyyat zamanı 250 min avroya yaxın pul, çoxlu dəlil və sənəd götürülüb", qurumun kommünikesində deyilir, İnterfaks məlumat yayıb.
Həbslə bağlı beş order verilib. Bunlar milliyyətcə erməni olan 27-54 yaşlı şəxslərdir. Prokurorluq onların soyadlarını və vətəndaşlığını açıqlamayıb.
Mütəşəkkil cinayətkar qrupun işi üzrə Belçika prokurorluğunun araşdırması çərçivəsində çərşənbə axşamı Şərqi Flandriya və Brüsselin müxtəlif kommunalarında 21 axtarış aparılıb. 13 nəfər dindirmə üçün saxlanılıb. Onlardan 8-i sonradan azad edilib.
Araşdırma zamanı məlum olub ki, yerli KİV-in "Belçika-Ermənistan" adlandırdığı cinayətkar qrup matçların nəticələrinin əvvəlcədən razılaşdırılmasından böyük qazanc əldə edib. -0--
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz