Doha görüşünün iştirakçıları oktyabra qədər neft hasilatının dondurulmasını planlaşdırıblar
Doha görüşündə neft hasilatının dondurulmasına dair saziş layihəsi oktyabradək hasilatın yanvar səviyyəsində dondurulmasını nəzərdə tutur. Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.
RBK bildirib ki, N.Əliyev deyib ki neft istehsalçıları ölkələrinin saziş layihəsinin aprelin 17-də Qətərin paytaxtında imzalanması planlaşdırılır. Sənəd oktyabra qədər hasilatın 2016-cı ilin yanvar səviyyəsində dondurulmasını nəzərdə tutur.
“Sazişin qaralaması böyük deyil. Dohada toplaşan ölkələr neftin qiymətinin qaydaya salınması üçün hasilatın 2016-cı il yanvar səviyyəsində dondurulmasına razılaşıblar”, - N.Əliyev TASS-a bildirib.
Saziş layihəsinin oktyabra qədər hasilatın dondurulmasını nəzərdə tutmasını görüşdə iştirak edən ölkələrdəki mənbələr də RİA Novosti-yə təsdiqləyiblər.
N.Əliyev TASS-s bildirib ki, hasilatı artırmaq istəyən İran OPEK-ə daxildir. Odur ki, Tehranın hasilatı artırmaq məsələsini ümumi kvotanı nəzərdən keçirməklə təşkilatın öz çərçivəsində tənzimləmək olar.
“Ancaq heç də hamı öz payını itirmək istəmir. Əgər başqa ölkələr öz hasilatını azaltmağa razılaşsa yenidən bölgü baş verərdi”, - N.Əliyev bildirib. —0-
-
- Çətin sual
- 17 Aprel 2016 16:53
-
- Cəmiyyət
- 18 Aprel 2016 10:53
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz