Erdoğan İŞİD və PKK-ya qarşı müharibə anonsu verib
“Terrora qarşı mübarizədə sözlə kifayətlənməyib, artıq hərəkətə keçərək iş görməyin vaxtı çatdığını xüsusi vurğulamaq istəyirəm”. Türkiyə xəbər saytları prezident Erdoğanın bu açıqlamanı Sürucdakı terror aktı ilə bağlı bəyan etdiyini bildirirlər.
Erdoğan terrorun dini, vətəni, milləti olmadığını, terrora qarşı beynəlxalq əməkdaşlıq formatında mübarizə aparmağın vacib olduğunu xüsusi qeyd edib.
Türkiyə mətbuatının təhlillərinə görə, Erdoğan bu açıqlaması ilə İŞİD və PKK terroruna qarşı mübarizədə ordu qüvvələrindən istifadə olunacağı anonsunu verib.
Yeri gəlmişkən, Türkiyə mətbuatı qeyd edir ki, Şanlıurfadakı terror aktı ilə bağlı Türkiyə baş naziri Ahmet Davutoğlu da açıqlama verərək Süruç rayonundakı terror aktını İŞİD terrorçu qruplaşmasının həyata keçirdiyini bəyan edib. -05D-
-
- Siyasət
- 21 İyul 2015 18:21
-
- Foto sessiyalar
- 21 İyul 2015 18:45
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz