Ərdoğanın zərərçəkən olduğu iddianamədəki şahidlər saxta imiş.
Türkiyədə “Gezi parkı” aksiyaları ilə bağlı tvt üzərindən xəbərlər yaymaq, insanları qanundan kənara addımlara təşviq etmək iddiası ilə 29 şəxsə 3 ilə qədər həbs cəzası tələbilə İzmir şəhər məhkəməsində proses başlayıb. Bu xəbəri “haberler.com” saytı yayıb.
29 nəfərlə bağlı polis araşdırılması 2013-cü ilin iyunundan başlayıb və 7 ay davam edib.
Bir-birini şəxsən tanımayan 29 şəxs barəsində “təşkilat” formatında fəaliyyət göstərmək, “xalqı qanunlara uymamağa təhrik etmək” ittihamı əskini tapır. Prosesin diqqət çəkən tərəfi budur ki, iddianamədə zərərəçəkən kimi ancaq Türkiyənin baş naziri Ərdoğanın adı keçir.
“Dostlar, Atatürk liseyində tibbi dəstək həyata keçirilir”, “Saat 19:00-da “Gezi” üçün ”toplaşırıq” ifadələri bu 29 nəfərə cinayət dəlili sayılıb.
Bu insanların təhrikilə 33 banka, 75 iş yerinə, 10 evə, 20 polis avtobusuna və 31 avtomobilinə ziyan vurulması iddianamədə yer alsa da, şahid kimi cəlb olunanların adı çəkilən proseslərdə iştirakçı olmadıqları üzə çıxıb.
İlk məhkəmə porsesinin fevralın 24-də keçirilməsi gözlənilir.
Xatırladaq ki, Ərdoğan hökuməti İstanbulun mərkəzi hissəsində yerləşən “Gezi parkı” və Atatürk Mədəniyyət Mərkəzinin yerində yeni tikintilər başlamaq iddiasında idi, türk xalqı isə buna etiraz olaraq 2013-cü ilin mayından etirazlara başladı.-05D-
-
- Cəmiyyət
- 21 Fevral 2014 13:58
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz