![İranda koronavirus qurbanlarının sayı 12-yə çatıb](https://turan.az/resized/media/2020/main/022400024936-750-500-resize.webp)
İranda koronavirus qurbanlarının sayı 12-yə çatıb
Tehran/24.02.20/Turan: İranda yeni tip koronavirus (Covid-19) qurbanlarının sayı 12 nəfərə çatıb, xəstəliyə yoluxma ilə əlaqədar 18 yeni hadisə aşkarlanıb. Bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Kianuş Cahanpur bazar ertəsi bildirib.
Onun sözlərinə görə, fevralın 24-ü günorta saatlarında olan vəziyyətə görə, İranda virusa yoluxanların sayı 64 nəfərdir.
“Koronavirusa yoluxma ilə bağlı 18 hadisədən 8-i Qumda, 3-ü Tehranda, 1-i Həmadanda, 2-i Markazi əyaləti, 2-i İsfahanda qeyd alınıb”, - İRNA agentliyi Cahanpurdan sitat gətirib.
Onun sözlərinə görə, son 24 saatda ölkədə koronavirusdan 4 nəfər həlak olub.-02D-
-
- Maliyyə
- 24 Fevral 2020 14:56
Dünyada
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
-
Qazaxıstanın Daxili İşlər Nazirliyi xarici turistlər üçün yeni təhlükəsizlik təşəbbüsü tətbiq edib. Sərhəd nəzarətindən keçən hər bir qonağa xüsusi QR-kodlu kart təqdim olunur ki, bu da onları çoxdilli onlayn platforma olan SafeTravel.kz saytına yönləndirir.
-
Çərşənbə axşamı ABŞ Prezidenti Donald Tramp, İsrail Baş naziri Binyamin Netanyahu ilə birgə Fələstinlilərin Qəzzadan zorakılıqdan azad bölgələrə köçürülməsini dəstəkləyən əhəmiyyətli bir bəyanat verdi. Bu açıqlama, onların ətraflı müzakirələrindən əvvəl Ağ Evin mətbuat toplantısında verildi.
-
Humanitar işçilər, diplomatlar və qanunvericilər son günlər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyində (USAID) baş verən ciddi pozuntuların səbəbini anlamağa çalışırlar. Agentliyin veb saytı əlçatan deyil, bəzi əməkdaşlar iş sistemlərinə giriş imkanını itirib və 100-dən çox işçi inzibati məzuniyyətə göndərilib, Reuters-ə məlumat verən mənbələr bildirib.
Rəy yaz