İranda koronavirusdan ölənlərin sayı 15 nəfərə çatıb
Bakı/25.02.20/Turan: İranda koronavirus qurbanlarının sayı 15 nəfərə çatıb, bu xəstəliklə bağlı 34 yeni yoluxma hadisəsi aşkar edilib, ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Kianuş Cahanpur bildirib. Onun sözlərinə görə, fevralın 25-i günorta saatlarına olan vəziyyətə görə, ölkədə yoluxanların ümumi sayı 95 nəfərdir.
“34 yeni yoluxma hadisəsindən 16-ı Qum şəhərində, 9-u Tehranda, 1-i Fars əyalətində, 2-i Mazandaran əyalətində, 2-i Gilan, 1-i Nişapur, 2-i Alborz və 1-i Keşmədə qeydə alınıb”, - Cahanpur bildirib.
Onun sözlərinə görə, həmin adamların hamısı bundan öncə Qumda olublar, ya da Qumdan başqa şəhərlərə gediblər. Son 24 saatda 3 nəfər ölüb.
Bu gün Tehran-İstanbul reysi ilə uçan təyyarə Ankaranın Esenboga hava limanına təcili eniş edib. “Anadolu” agentliyi bildirib ki, ekipaj sərnişinlərdə koronavirusun olması şübhəsilə bu qərarı qəbul edib. Türkiyə Səhiyyə Nazirliyinin həkim briqadaları 132 sərnişini müayinə edib. Onlardan 17-nin hərarəti yüksək olub. -02D-
-
- İqtisadiyyat
- 25 Fevral 2020 15:18
-
- Cəmiyyət
- 25 Fevral 2020 16:06
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz