İŞİD terror qruplaşması Türkiyə sərhədinə çıxıb
Türkiyə xəbər saytları “İraq-Şam İslam Dövləti” adlı terror qruplşamasınin Suriyanın şimalındakı, əsasən kürdlərin yaşadığı Kobani (ərəblər Eyn əl-Ərəb deyirlər) şəhərinin şərq hissəsini bu gecə ələ keçirdiklərini xəbər verirlər.
Bu şəhər Suriyanını Türkiyə ilə sərhəd şəhəridir və bu şəhəri ələ keçirməklə terrorçular birbaşa Türkiyə sərhəddinə çıxıbalr.
Xəbərlərə görə, 2 min terrorçu şəhərin mərkəzinə doğru iərliləyir. Hər iki tərəfn ciddi tələfatlar verdiyi nəzərə çatdırılır. Şəhərin 4 mərtəbəli binasına İŞİD öz bayrağını taxıb.
500-ə qədər Kobani sakini Türkiyəyə keçib və bununla bağlı Türkiyə sərhəddində gərginlikər yaşanır. Türkiyə tankları sərhədə yeridilib. Sərhədə gətirilən qoşunların lazım olduğu halda manevr edə bilmələri üşün Türkiyənin bir neçə sərhəd kəndi boşaldılıb.
“Kobanidə qətliyam qorxusu var, minlərlə dinc sakinlərin yaşadğqları məhəllələr İŞİD-in əlinə keçib, dünya ictimaiyyətinə bununla bağlı çağırış etmək lazımdır”- deyə İŞİD-lə döyüş aparan kürdlərin PYD təşkilatı rəhbərlərindən Asya Abdullah bildirib. İŞİD-ə hər tərəfdən yardımlar gəldiyi, PYD-nin isə hər hansı dəstək ala bilmədiyi qeyd edilir. A.Abdullah İŞİD-ə qarşı koalisiyanın qəbul etdiyi qərarları yerinə yetrimədiyi iddia edilir.-05D-
-
- Siyasət
- 7 Oktyabr 2014 13:19
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz