Kiyevin mərkəzində 15 nəfər həlak olub
Kiyevin mərkəzində müxalifətlə DİN əməkdaşları arasında qarşıdurma yenidən başlayıb. Ən azı 15 nəfər həlak olub. Reuters məlumat verib.
Həlak olanların cəsədləri Maydanda, “Kazatski” otelinin yanındadır.
Həlak olanların hamısı kişilərdir. Müxalifət tərəfdarları bildirirlər ki, həmin şəxsləri snayperlə vurublar.
Fevralın 20-də səhər Kiyevin mərkəzində müxalifətlə daxili qoşunlar arasında toqquşmalar yenidən başlayıb. Fəallar güc qurumlarını öz mövqelərindən sıxışdıraraq Oktyabr sarayını, Avropa meydanını və Qruşevski küçəsini tutublar.
Son məlumatlara görə, daxili qoşunların 100-ə yaxın döyüşçüsü müxalifətçilərə təslim olub.
Ötən gecə müxalifət liderləri hakimiyyətlə barışıq barədə razılığa gəliblər. UDAR rəhbəri Vitali Kliçko Almaniya, Fransa və Polşa XİN rəhbərləri ilə görüşdə bildirib ki, ölkə rəhbərliyi bu razılaşmanı pozub. “Barışıq elan olunmuşdu. “Berkut” onu pozdu, Konservatoriyanı yandırmağa cəhd göstərdi. Bundan sonra barışıq sona yetdi”, - Kliçko vurğulayıb.
Rusiyanın baş naziri Medvedyev prezident Yanukoviçi “iradəsiz adam” olmamağa çağırıb.
-02D-
-
- İqtisadiyyat
- 20 Fevral 2014 14:12
-
- Cəmiyyət
- 20 Fevral 2014 14:21
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz