Krım Tatarları Məclisinə hücum
Sentyabrın 16-da Simferoplda Krım Tatarları Məclsinin binasını avtomat silahlılar mühasirəyə alıblar, binada axtarış başlayıb. İçəriyə və içəridən heç kim buraxılmır. Məclis binasında yerləşən, Krım tatarlarına məxsus “Avdet” qəzetinin redaksiyasında da axtarış aparılır. Bu barədə yerli mənbələr məlumat verib.
Səhər Krım Tatarları Məclisinin üzvü Eskender Bariyevin mənzilində axtarış aparılıb. Onun kompüter texnikası müsadirə olunub.
Məclis binasında islam ədəbiyyatı axtarılır və sənədlər müsadirə olunur, bu barədə Krım Tatarları Qurultayının üzvü Kurtseyit Abdullayev bildirib. Onun sözlərinə görə, axtarış Məclisin bazar günü ilhaq edilmiş Krımda keçirilmiş seçkiləri boykot etməyə çağırması ilə əlaqədardır.
“Krım tatarları qorxudulur, çünki Məclis Krım tatarları xalqının yeganə nümayəndələr orqanıdır”, deyə Abdullayev bildirib.
Bazar ertəsi Məclis binasına hücum edilib. Maskalı üç naməlum şəxs qapıları bağlayıblar, bir nəfər fasaddakı Ukrayna bayrağı borusuna çıxıb və onu qırıb.
Bu arada, Məclis rəhbəri Refat Çubarov bildirib ki, işğalçı hakimiyyətin Krımda təyin etdiyi seçkilər təkcə Krım tatarları deyil, digər millətlərin nümayəndələri də boykot ediblər. -02D-
-
- İqtisadiyyat
- 16 Sentyabr 2014 16:20
-
- İqtisadiyyat
- 16 Sentyabr 2014 16:42
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz