Bitkiçilik məhsulları istehsalı 9,2% azalıb
Bu ilin 8 ayında Azərbaycanda kənd təsərrüfatı istehsalı 3,7% azalıb. Bu, təkcə təbii amillərlə (quraqlıq və əlverişsiz hava şəraiti ilə bağlı məhsuldarlığın, əkin sahələrinin azalması) yox, həm də subsidiyalar üzrə nəzarətin gücləndirilməsi ilə bağlıdır. Bu prosesdə korrupsiya faktları aşkarlanıb.
Dözlətstatkoma görə, bu il taxıl istehsalı 2 238,3 min ton olub. Bu, ötən ilin eyni dövründəkindən 20,3% azdır. Dəqiqləşdirilmiş informasiyaya görə, bu il taxıl əkini sahələri 967,2 min ha olub. Bu, 2013-cü ildəkindən 7,5% azdır. Bu il taxılın məhsuldarlığı 1 ha-dan 22,8 sentner olub. Bu, 2013-cü ildəkindən 4 s azdır.
Kartof (-11,5%) və tərəvəz istehsalı da (-0,8%) azalıb.
Yanvar-avqustda kənd təsərrüfatı istehsalında bitkiçiliyin xüsusi çəkisi 51% olub. Bu, ötən ilin eyni dövründəkindən 4,7% faiz bəndi azdır.
İlin əvvəlindən heyvandarlıq məhsulları 2,8% azalıb. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz