Moskvanın Basmannı məhkəməsi bazar ertəsi axşam saatlarında Crocus city işinə görə daha üç nəfəri həbs edib. Onlar da tacikdir - ata və iki oğlu: Dilovar, İsrail və Aminçon İslamovlar.
Rusiya mətbuatının verdiyi məlumata görə, onlar terror aktında iştirakda (CM-nin 205-ci maddəsi) ittiham olunurlar. İki qardaş – Aminçon və Dilovar təqsirləndirilən şəxs qısmində, onların atası İsrail isə - şübhəli şəxs qismində.
Hər iki qardaş Rusiya vətəndaşıdır və taksi sürücüsü işləyirmiş.
İstintaqın hesab edir ki, hər ikisi martın 22-də terror aktını törədən cinayətkar qrupun üzvləridir.
Bəzi məlumatlara görə, terror aktı iştirakçılarının gəlib-getdiyi ağ rəngli Renault Symbol Dilovar İslamova məxsusdur.
Rəy yaz