Neftin bir barelinin qiyməti bir gecədə 14 dollar ucuzlaşıb
Bakı/09.03.20/Turan: Brent markalı neftin bir barelinin qiyməti 31,27 dollara düşüb. Martın 7-də hərracın sonunda neftinin bir bareli 45,54 dollardan satılırdı.
Brent markalı neftin may fyuçerslərinin qiyməti, hərracın nəticələrindən göründüyü kimi, bir gecədə bareli təxminən 14 dollar ucuzlaşaraq, 31,27 dollara qədər düşüb.
Martın 7-də hərrac başa çatdıqda Şimal Dənizi neftinin bir bareli 45,54 dollara satılırdı. Martın 9-da səhər saatlarından neft bazarında panika, bir qədər azalsa da, davam edir. Belə ki, neft sövdələşmələrində fyuçerslər 26,5% düşərək, bir barel üçün 33,3 dollar təşkil edib. Amerikanın WTI nefti ilə bağlı fyuçers sövdələşmələri 27,5% ucuzlaşaraq, 29,8 dollardan satılır.
Azərbaycanın Azeri Light neftinin qiyməti Brent markasına bağlıdır və adətən ondan 1-1,5 dollar baha olur.
Qiymətin bu qədər kəskin düşməsi Azərbaycanın gəlirlərinə təsir edəcək, ölkənin dövlət büdcəsində neftin bir barelinin qiyməti 55 dollar səviyyəsində götürülüb. -02D-
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz