Rusiya Ermənistana hansı silahları göndərəcək?
İyunun 26-da məlum olub ki, Rusiya Ermənistana müasir silah almaq üçün 200 mln. dollar məbləğində güzəştli kredit verəcək. Bu barədə Ermənistan prezidenti Serj Sarkisyanla RF nəqliyyat naziri, Ermənistan-Rusiya komissiyasının həmsədri Maksim Sokolovun rəhbərliyilə nümayəndə heyətinin Yerevan görüşündən sonra məlum olub. “Saziş Ermənistan Silahlı Qüvvələrinin arsenalında müasir silahların çeşidinin xeyli genişləndirilməsinə imkan verəcək”, - məlumatda deyilir.
Rusiyadakı qeyri-rəsmi mənbələrdən Turan-a məlum olub ki, Moskva və Yerevan arasında hərbi-texniki əməkdaşlığın indiki mərhələsi hazırda regionda Azərbaycanın xeyrinə olan qüvvələr balansının bərabərləşdirilməsi məqsədilə kompleks təcili tədbirləri nəzərdə tutur.
Belə ki, strateji məsələləri effektiv həll etməyə qadir olan silahların tədarükü nəzərdə tutulur: hərbi əməliyyatlar zonasında hava hücumundan müdafiənin təminatı, xüsusi mobil bölmələrin yaradılması və s.
Bu cür texniki məsələrin həlli və təminatı üçün Ermənistana “Pansır-C” zenit raket – top kompleksi, “Tiqr” zirehli maşınları, ZTR-80, rabitə vasitələri, tank əleyhinə raket kompleksi, daşınan zenit-raket kompleksi və s. göndərilməsi planlaşdırılır.
Əldə olunan məlumatlara görə, bu silahların bir hissəsi artıq göndərilib.02В-
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz