Suriyada 300 Rusiya hərbiçisi həlak olub və yaralanıb
Moskva/16.02.18/Turan: Kremlə bağlı Rusiyanın xüsusi hərbi şirkətində işləyən 300-ə yaxın insan ötən həftə Suriyada öldürülüb və ya yaralanıb. Bu barədə Reyter agentliyinin Moskva bürosu hadisənin baş vermə halları ilə tanış olan üç mənbəyə istinadla bildirib.
Rusiyalı hərbi həkim bildirib ki, 100-ə yaxın insan həlak olub, döyüşçüləri tanıyan mənbə isə 80-dən çox insanın öldüyünü bildirib.
İtkilərin vaxtı fevralın 7-də Suriyanın Deyr-əz-Zor şəhəri yaxınlığında ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Suriya prezidenti Bəşər Əsədin birləşmələrinə hücum etdiyi vaxta təsadüf edir.
Rusiya hakimiyyəti silahlı qüvvələrlə əlaqəsi olmayan beş vətəndaşın həlak olması ehtimalı olduğunu bildirib.
Qarşıdurmalar göstərir ki, Moskva Suriya hadisələrinə əvvəllər dediyindən daha çox cəlb olunub və bu ölkədə ABŞ-la birbaşa qarşıdurmaya cəlb olunmaqla risk edir. Rusiyanın verdiyi itkilər 2014-cü ildə Ukraynanın şərqindəki müharibə dövründən sonra ən böyük itki oldu.
Son bir neçə gündə Suriyadan təxliyə edilmiş yaralılar Rusiyanın dörd hərbi hospitalına yerləşdirilib, deyə vəziyyətlə tanış olan beş mənbə bildirib.
Suriyadan gətirilənləri müalicə edən hospitalın hərbi həkimi bildirib ki, şənbə günü onun xəstəxanasına 50-dən çox belə xəstə gətirilib, onların üçdə biri ağır yaralı olub. Həkim bildirib ki, yaralıları ən az üç xüsusi olaraq təchiz edilmiş hərbi nəqliyyat təyyarəsi gətirib.
Rusiya XİN beş vətəndaşının həlak olduğunu etiraf edib, onlarla və yüzlərlə Rusiya vətəndaşının öldüyünü yanlış məlumat adlandırıb. RF Müdafiə Nazirliyi Reyter-in Suriyada itkilər haqqında suallarını cavablandırmayıb.
Hərbi həkim bildirib ki, ötən həftənin sonlarında yaralıların sayı 200 nəfərə yaxın təşkil edib.
Onun sözlərinə görə, Rusiya xüsusi hərbi mütəxəssislərindən ibarət iki bölmə Deyr-əz-Zor yaxınlığındakı döyüşdə iştirak edib. Onların sayı 550 nəfər idi, onların cəmi 200 nəfəri ölməyib və yaralanmayıb.
"Zərərçəkmişlərin əksəriyyəti ilə bağlı proqnoz xoşagələn deyil", deyə həkim qeyd edib.
RF hakimiyyəti Suriyada çox sayda xüsusi müqavilə ilə xidmət edənlərdən istifadə edir. Onlar əsasən keçmiş hərbiçilərdir və Rusiya vətəndaşlarıdır, bəziləri isə Ukrayna və Serbiya pasportlarına malikdir.
Hərbi mənbələrin sözlərinə görə, itkilər havadan dəstək olmadığına görə, həmçinin zərbəni pis təchiz edilmiş silahlı döyüşçülərin deyil, yaxşı təchiz edilmiş qüvvələrin endirdiyinə görə bu dərəcədə çox olub.
"Əvvəlcə bombardmançılar hücum edib, sonradan isə "Apaçi" onları təmizləyib", deyə yaralılar bildirib. -02D-
Dünyada
-
Avropa İttifaqı (Aİ), Baltik dənizində baş verən və regional təhlükəsizlik və ekoloji risklərlə bağlı narahatlıq yaradan hadisədən sonra Rusiyanın "kölgə donanması" adlanan şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Bu barədə Avropa Komissiyasının bəyanatında və Aİ-nin xarici siyasət rəhbəri Kai Kallasın açıqlamasında deyilir.
-
ABŞ-ın keçmiş prezidenti Donald Trampın dünyanın ən böyük adası olan Qrenlandiyanı almaq təklifi yenidən müzakirə mövzusuna çevrilib. Onun yaxın köməkçiləri və müttəfiqləri bu təklifi onun mümkün ikinci prezidentlik dövrü üçün ciddi bir nəzərdən keçirilən plan kimi təqdim edirlər. Lakin Qrenlandiya və Danimarka rəsmiləri bu fikrə yenidən qarşı çıxaraq, onu öz suverenliklərinə bir təcavüz kimi qiymətləndiriblər.
-
Dekabrın 26-da Azərbaycan Respublikasının Aktaudakı Baş Konsulluğunda həlak olan azərbaycanlıların xatirəsini yad etmək üçün güllər qoyulub, divarlarda plakatlar asılıb.
-
Qərb mediasının məlumatına görə, çərşənbə axşamı Dəməşqin əsasən xristianların yaşadığı bir neçə məhəlləsində etirazlar baş verib. Buna səbəb isə mərkəzi Suriyanın Hama şəhəri yaxınlığında bir qrup şəxsin Milad ağacını yandırmasını göstərən videonun internetdə yayılması olub.
Rəy yaz