Telegram təsisçisi girov müqabilində azadlığa buraxılıb və ey,nımzamanda ona qarsı ittiham irəli sürülüb
Pavel Durova qarşı ittiham irəli sürülüb və o zaminə buraxılıb. Onun Fransadan çıxması qadağan edilib, 5 milyon avro girov ödəməli və həftədə iki dəfə polisə məlumat verməlidir.
Fransa prokurorluğunun press-relizində bildirilir ki, “Durov çirkli pulların yuyulması, uşaq pornoqrafiyasının yayılması, narkotik alveri və fırıldaqçılıq kimi qanunsuz fəaliyyətlər üçün istifadə olunan platformanı idarə etməkdə ittiham olunur. O, həmçinin hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etməkdə ittiham olunur. Sənəddə qeyd olunur ki, bu ittihamlar
Telegram-ın hakimiyyət orqanlarının sorğularına cavab vermədiyi üçün irəli sürülüb”.

-
- Çətin sual
- 28 Avqust 2024 23:28
-
- Dünyada
- 29 Avqust 2024 09:23
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz