Tükiyənin futbol əfsanəsi Hakan Şükür prezident Erdoğanı ittiham etdi
Türkiyə mətbuatı Türkiyənin futblol əfsanəsi, müstəqil millət vəkili Hakan Şükürün prezident Erdoğanı ittiham edən açıqlamasını yayıb.
Xəbərə görə, H.Şükür Erdoğanın “Bank Asya”nın batması və bankın bərpasına çalışmadıqları açıqlamasına hiddətlənib.
H.Şükür Erdoğanı bir bankın yardımı üçün keçirilən aksiyanı dəstəkləməməkdə ittiham edib. ““Kerri “İŞİD nefti Türkiyə üzərindən gedir” ifadəsini önünüzə qoyanda cavab verə biləcəksinizmi? Qərb sizə “terror qruplarını dəstəkləyənlərin kimlər olduğunu bilirsinizmi?” sualına cavab verə biləcəksinizmi?”, -deyə Erdoğana ittihamedici suallar ünvanlayıb.
“Erdoğan öz mənfəətləri, öz günahları üçün vətəni və milləti gözdən çıxarmış insandır”, - deyə Türkiyə prezidentinə ağır ittiham irəli sürür.
Məşhur futbolçu Hakan Şükür hakim “Ədalət və Dirçəliş Partiyası”ndan millət vəkili seçilib. 2013-cü ilin dekabrında Türkiyənin hüquq-mühafizə orqanları rüşvət və korrupsiya ilə bağlı əməliyyatlar keçirib. Erdoğan hökuməti üzvlərinin rüşvət alması və korrupsiyaya bulaşması kimi faktlar aşkarlanıb. Bundan sonra Erdoğan bu əməliyyata görə Fetullah Gülenin rəhbəri olduğu “Hizmet” hərəkatını təqsirli sayıb və onlara qarşı mübarizəyə başlayıb. Bu haqsızlığa etiraz olaraq, H.Şükür partiya sıralarından istefa verib. Müstəqil millət vəkili kimi fəaliyyət göstərməyə başlayıb. Hakim partiyanın millət vəkilliyindən də istefa verməsi tələbi üzərinə H.Şükür “məni partya yox, millət millət vəkili seçib”, deyə millət vəkilliyinədn imtina etməyəcəyini bildirib. -05D-
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz