Yeni prokuror rüşvətxorların günahkar olmadıqları qənaətində
2013-cü il dekabrın 17-də Türkiyədə həyata keçirilən hay-küylü “korrupsiya və rüşvət əməliyyatı” zamanı saxlanılanlara qarşı yeni nüanslar ortaya çıxıb.
Belə ki, işi aparan yeni prokuror Əkrəm Aydınər şübhəli şəxs kimi saxlanılanlara tətbiq olunan ölkədən kənara çıxmaq yasaqlarını və əmlaklarına həbs tədbirlərini aradan qaldırıb. Prokuror Ə.Aydınər qərarını “şübhəli şəxs kimi saxlanılanlara qarşı ittihamda nəzərdə tutulan cinayətləri işləmələri haqda və ədalətli nəzarət tədbirlərini əsaslandıracaq dəlillərin cinayət işində olmaması” ilə əlaqələndirib.
Xatırladaq ki, adı çəkilən əməliyyat zamanı iş adamları, bank rəhbəri , 3 nazir oğlu həbsə alınıb. 4 nazirin adı rüşvət almaqda keçib. Bununla bağlı 4 nazir istefa verməyə məcbur olub. Bundan sonra baş nazir Ərdoğan hadisələrə siyasi müdaxilə edərək əməliyyatda iştirakçı olan prokurorları və polis əməkdaşlarını işdən kənarlaşdırılıb. Rəsmi Ankara bütün Türkiyə boyu polis, prokuror, hakimlərin işlədikləri şəhər, rayonlardan dəyişdirilməsinə start verib. Beləliklə, Ərdoğan hökumətin korrupsiyaya bulaşdığına görə hakimiyyətdən getməsi prosesinin qarşısını alıb. Hətta yayılan bir çox telefon danışıqlarında Ərdoğanın özü və ailə üzvlərinin də korruposiya və rüşvətə batması əksini tapırdı.
Adı çəkilən əməliyyat iki ilə qədər çəkən texniki dinləmələrdən,aparılıan müşahidə və nəzarətlərdən sonra icra edilib. -05D-
-
- Cəmiyyət
- 10 Fevral 2014 14:20
-
- İqtisadiyyat
- 10 Fevral 2014 14:47
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz