Yerevanda polis etiraz mitinqini dağıdıb
İyunun 23-də səhər polis xüsusi vasitələr və fiziki güc tətbiq edərək Yerevanın mərkəzində keçirilən etiraz aksiyasını dağıdıb. Aksiya elektrik enerjisi qiymətlərinin artırılmasına etiraz olaraq keçirilib.
Xatırladaq ki, aksiya iştirakçıları iyunun 22-i axşamdan oturaq etiraz aksiyasına başlayıblar. Onlar Baqramyan küçəsini bağlayaraq ölkə prezidenti Serj Sarkisyanın tariflərin artırılması barədə qərarın etibarsız olmasını bildirməsini tələb ediblər.
İştirakçılar deyiblər ki, aksiya müddətsiz xarakter daşıyacaq və tələblər yerinə yetirilməyənə qədər geri çəkilməyəcəklər.
Yerevanın mərkəzində böyük sayda polis qüvvələri və xüsusi texnika cəmləşib. Polis aksiyanın qanunsuz olması barədə dəfələrlə xəbərdarlıq edib və güc tətbiq edəcəyilə hədələyib. Bu gün sübhdən polis aksiyanın dağıdılmasına başlayıb.
Əvvəlcə iştirakçıları suvuranlarla “sulamağa” başlayıblar, Sonra mülki geyimli şəxslər iştirakçıları tutaraq polis avtomobillərinə oturdublar. Polisin əlinə jurnalistlər də keçib. Polislər jurnalistlərin peşə fəaliyyətinə mane olublar, onları itələyərək kameralarını almağa çalışıblar. Bir neçə jurnalist saxlanılıb.-02D-
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz