Pərviz Şahbazov və Aleksandr Novak
Pərviz Şahbazov Rusiyanın energetika naziri ilə görüşüb
Bakı/19.02.18/Turan: Azərbaycanın energetika naziri Pərviz Şahbazov Moskvada Rusiyanın energetika naziri Aleksandr Novakla görüşündə enerji sektorunda əhəmiyyət daşıyan bir sıra aktual mövzular, qlobal enerji bazarında müşahidə edilən yeni proseslər və regional əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair məsələlər müzakirə edilib.
Bu barədə Azərbaycan Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidməti bilsdirir ki, nazirlər iki ölkə arasında enerji mübadiləsinin artırılması və "Şimal-Cənub enerji dəhlizi"nin yaradılmasında vacib rol oynayan Rusiya və Azərbaycan enerji sistemləri arasında "Yaşma-Dərbənd" dövlətlərarası ikinci HEVX-nin tikintisi ilə bağlı müzakirələr aparılıb. Yaxın vaxtlarda İşçi Qrupunun iclasının keçirilməsi barədə razılıq əldə olunub. Bundan başqa "Samur" çayının hidroenergetik resurslarının kompleks şəkildə öyrənilməsi və Su Elektrik Stansiyasının inşası perspektivi də nəzərdən keçirilib.
Hər iki tərəf həmçinin Rusiya - Azərbaycan - Gürcüstan - Rusiya elektroenergetik həlqəsinin yaradılmasında maraqlarını ifadə edərək, üçtərəfli formatda görüşün zəruruliyini vurğulayıb.
Görüşdə neft-qaz sahəsində "Lukoyl", "Qazprom" və "Rosneft" kimi şirkətlərin timsalında uğurlu əməkdaşlıq əlaqələrinə də diqqət yönəlib. OPEC çərçivəsində əməkdaşlığın nəticələrindən bəhs edilib. -03D-
-
- İqtisadiyyat
- 19 Fevral 2018 17:23
-
- Cəmiyyət
- 19 Fevral 2018 20:03
Enerji
-
Qazaxıstanın “Kazmunaigas” (KMG) dövlət şirkəti “Kaşaqan” yatağından hasil edilən neftin ilk partiyasını Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə ixrac üçün Bakıya göndərib. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
-
Türkiyə və bir sıra Avropa ölkələri yenidən Şahdəniz Alfa platformasından qaz almağa başlayıb. Xəzər dənizində yerləşən Şahdəniz yatağının operatoru 6-18 yanvar tarixlərindəki fors-major vəziyyətinə səbəb olan problemləri həll etdikdən sonra bu hasilat platformasında işləri bərpa edib.
-
17 yanvar tarixində iranlı həmkarı Məsud Pezeşkiyan ilə apardığı danışıqlardan sonra keçirilən mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında qaz kəmərinin tikintisi layihəsinin işə salındığını təsdiqlədi. Onun sözlərinə görə, ilkin tədarük həcmi 2 milyard kubmetrə çata bilər, lakin sonrakı mərhələdə bu həcmin illik 55 milyard kubmetrə qədər artırılması planlaşdırılır.
-
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın elektrik enerjisi istehsalı 23,55 milyard kVt/s təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% azdır. İstilik elektrik stansiyaları 20,26 milyard kVt/s elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,13 milyard kVt/s (9,5%) azdır, deyə Azərbaycanın Dövlət Statistika Komitəsi məlumat yayıb. Eyni zamanda, məişət tullantılarından 182,8 milyon kVt/s elektrik enerjisi istehsal olunub (5,8% artım).
Rəy yaz