1 iyula kimi sığorta ödənişləri ötən ilkindən 30% çoxdur
1 iyula kimi sığorta şirkətləri 58 mln 097,89 min manat ödəniş ediblər. Bu, ötən ilkindən 28,7% çoxdur. Artım avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə şərtlənir - 11,59 mln manat (ötən il 925,68 min manat).
Könüllü növlər üzrə 41,02 mln manat ödəniş olub. KTS üzrə 21,89 mln manat, avtomobillərin КАСКО sığortası üzrə 12,43 mln manat, həyat sığortası üzrə 1,35 mln manat, xaricə səyahət sığortası üzrə 133,4 min manat ödənilib.
Bədbəxt hadisə və xəstəliklərdən sığorta üzrə 721,11 min manat, əmlakın yanğından və başqa risklərdən sığortası üzrə 2,02 mln manat, yük sığortası üzrə 85,03 min manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə 189,13 min manat, əməkdaşların dələduzluğundan sığorta üzrə 1,7 mln manat, ümumi mülki məsuliyyətin sığortası üzrə 135,34 min manat, işə götürənlərin məsuliyyətinin sığortası üzrə 20,52 min manat, kənd təsərrüfatı sığortası üzrə 480 min manat ödəniş olub.
İcbari növlər üzrə 17,08 mln manat ödəniş edilib. Bunun 67,9%-i AVSMMİS üzrədir.
Hərbçilərin icbari sığortası üzrə 3,37 mln manat, məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşlarının icbari sığortası üzrə 422,6 min manat, köhnə AVSMMİS üzrə 21,78 min manat, əmlakın icbari sığortası üzrə 830,36 min manat ödənilib. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz