$1 milyardlıq modernləşdirilmədən sonra NEZ Avro-5 standartı üzrə yanacaq istehsal edəcək
H.Əliyev adına Bakı NEZ-in modernləşdirilməsi layihəsinin ümumi dəyəri $1 mlrd. təşkil edir. Bunu SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov Caspian European Club-da keçirilən biznes-forumdakı çıxışında bildirib.
“BNEZ-in modernləşdirilməsi layihəsinin ümumi dəyəri təxminən $1 mlrd. təşkil edir. Məqsədimiz 2018-ci ilin iyulunda yeni bitum qurğusunu işə salmaqdır. Bu qurğu 2019-cu ildə Avro-5 standartı üzrə dizel yanacağı, 2020-ci ildə isə Avro-5 standartı üzrə benzin buraxılışına imkan verəcək”,- T.Qəhrəmanov bildirib.
Xəbər verildiyi kimi, BNEZ-in yenidən qurulması və modernləşdirilməsi ilkin neft emalı qurğusunun gücünün ildə 6 mln. tondan 7,5 mln. tonadək, katalitik krekinq qurğusunun gücünün isə ildə 2 tondan 2,5 mln. tonadək artırılmasını əhatə edir.
Layihənin reallaşması nəticəsində avtomobil benzini istehsalının illik həcmi 1,3 mln. tondan 2,2 mln. tonadək, dizel yanacağı 2,3 mln. tondan 2,9 mln. tonadək, aviakerosin 700 min tondan 1 mln. tonadək artacaq.
Modernləşdirilmədən sonra BNEZ-də buraxılacaq neft məhsulları istehsalı strukturunda dizel yanacağının payına 37% düşəcək. Avtomobil benzini 25%, kerosin 13%, digər neft məhsulları 25% təşkil edəcək.–12D--
-
- İqtisadiyyat
- 14 May 2016 11:02
-
- Siyasət
- 14 May 2016 11:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz