200-dən çox mehmanxananın lisenziyası yoxdur
Bu ilin əvvəlindən Mədəniyyət və Turizm Nazirliyi 79 mehmanxana və mehmanxana tipli obyektə lisenziya verib. Ümumən 304, Bakıda 134 mehmanxananın lisenziyası var, deyə Nazirliyin məlumatında bildirilir.
Dövlətstatkoma görə, bu ilin əvvəli üçün ölkədə 530 mehmanxana və mehmanxana tipli obyekt olub. Beləliklə, bunların 57%-i turistləri qeyri-leqal şəkildə qəbul edir. Qalan 200-dən çox mehmanxananın lisenziyası yoxdur.
Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, hazırda 40-dək mehmanxana tikilir.
Azərbaycanda mehmanxana biznesi 2006-cı ildən lisenziyalaşdırılır. Beş illik lisenziyanın qiyməti yerindən və tutumundan asılı olmayaraq 1500 manatdır.Bundan başqa, AZS 081-2006 «Turizm və ekskursiya xidməti. Mehmanxanaların təsnifatı» atandartına əsasən, nazirlik 3 ildə bir dəfə onları sertifikatlaşdıraraq 1-dən 5-dək ulduz verir. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz