- İqtisadiyyat
- 10 Oktyabr 2012, 17:00
- 103
2013-cü ildə pensiyalar iki dəfə artırıla bilər
Gələn il pensiyalar iki dəfə – dövlət başçısının minimal pensiyaların indeksləşməsi haqda (bütün pensiyaçılar üçün) fərmanları ilə bağlı və əmək pensiyalarının sığorta hissəsinin artırılması ilə əlaqədar artırıla bilər. İkinci halda indeksləşmə 2012-ci ilin istehlak inflyasiyasına bağlanacaq.
Bu gün Dövlət Sosial Müdafiə Fondunun 20 yaşı tamam olub. DSMF sədri Səlim Müslümovun sözlərinə görə, bu gün orta pensiya 151,3 manatdır (2003-cü ildə 20 manat). Yaşa görə pensiya 167 manat təşkil edir.
Onun sözlərinə görə, Fondun 20 illik inkişaf tarixi əsasən dörd mərhələni əhatə edir. Bunlar 1992-1995-cı illər, 1996-2002-ci illər, 2003-2005-ci illər, 2006-cı ildən sonrakı dövrdür. “Əgər 2003-cü ildə Azərbaycanda sığorta-pensiya sistemində əvəzetmə əmsalı 23-25 faizlə ifadə olunurdusa, bu gün sözügedən göstərici artıq 40 faiz təşkil edir. Azərbaycanda 1,2 mln pensiyaçı var, - deyə Müslümov bildirib. --17D—
-
- İqtisadiyyat
- 10 Oktyabr 2012 16:00
-
- Cəmiyyət
- 10 Oktyabr 2012 18:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz