- İqtisadiyyat
- 16 Oktyabr 2012, 16:00
- 87
2013-cü ildə vergiyığanlar 8,2% çox yığmalıdır
2013-cü ildə Vergilər Nazirliyi dövlət büdcəsinə 6,4 mlrd manat vergi yığımını təmin edəcək. Bu, cari il üçün proqnozdan (5,91 mlrd manat) 8,2% çoxdur. Gələn il dövlət büdcəsinin gəlirlərində Vergilər Nazirliyinin xüsusi çəkisi 33,4% olacaq.
2013-cü il üçün dövlət büdcəsi layihəsinə əsasən, onun formalaşmasında əsas vergi növləri mənfəət vergisi (2 279 mln manat), ƏDV ( 1 776 mln manat) və gəlir vergisi (783 mln manat) olacaq.
Qeyri-neft sektorunun payı 58,8 % (3 760 mln manat) olacaq. 2013-cü ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinin gəlirləri 480 mln manat (+14,6%) artacaq.
2013-cü ildə baş ofisi Bakıda olan region şirkətləri vergiləri (mənfəət vergisi istisna) yerli büdcələrə ödəyəcəklər. Bunun nəticəsində Sumqayıt və Abşerondan sonra Şirvan şəhəri də öz xərclərini ödəyəcək. 2013-cü ildə yerli büdcələrin gəlirləri (Bakının büdcəsi istisna) 500 mln manatdan çox olacaq. Bu, cari ilin göstəricisindən 100 mln manat çoxdur. 08D
-
- Siyasət
- 16 Oktyabr 2012 16:00
-
- İqtisadiyyat
- 16 Oktyabr 2012 17:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz