2013-cü ilin əvvəlində ARDNŞ Baskent Gaz şirkətini ala bilər
Türkiyənin özəlləşdirmə agentliyi Baskent Gaz qazpaylayıcı şirkətinin 100% səhmlərin satışı üzrə tender elan edib.
Sifarişlərin qəbulu müddəti 17 dekabr 2012-ci ildə bitir. Apreldə şirkətin 80%-nin $626 mln-a satışı üzrə hərrac ləğv edilib. Çünki iddiaçıların 4-ü də - Akfen Holding, Aygaz və Fernas konsorsiumu, STFA Yatirim Holding və Kolin və Cengiz Limak konsorsiumu müsabiqədən çıxıb.
Məlumatda deyilir ki, Baskent Gaz-ın 1,35 mln müştərisi var. Gələcəkdə şirkət 500 min istehlakçı da cəlb edəcək.
ARDNŞ 2011-ci ilinn dekabrında Baskent Gaz özəlləşdirilməsində iştirak barədə qərar qəbul edib. ARDNŞ rəhbərliyi sonradan elan edib ki, 2011-ci ildə Türkiyənin müvafiq orqanlarından ölkənin daxili bazarında qaz ticarəti üçün lisenziya alıb və ona görə tenderə ciddi yanaşır.
Tender şərtlərinə əsasən, qalib şirkət tender qiymətinin 50%-i dərhal, qalanını müqavilə bağlanılandan 2 il sonra ödəməlidir. -12В--
-
- İqtisadiyyat
- 14 Sentyabr 2012 12:24
-
- Cəmiyyət
- 14 Sentyabr 2012 12:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz