Ukrayna yenə Türkiyədən TANAP-da pay istəyir
Türkiyə Ukrayna ilə energetika sahəsində birgə layihələrdə, xüsusən karbohidrogen hasilatında maraqlıdır, deyə Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Viktor Yanukoviçlə görüşündə bildirib.
"Biz elektrik enerjisinin nəqli, Türkiyə ərazisində yeraltı qaz anbarı tikintisi, karbohidrogen hasilatında əməkdaşlıq edə bilərik", - deyə Ərdoğan bildirib.
Öz növbəsində Yanukoviç deyib ki, Türkiyə baş naziri ilə görüşdə energetika məsələsi müzakirə edilib. Bu istiqamətdə aktiv dialoq aparılır.
O həmçinin bildirib ki, Ukrayna Transanadolu qaz kəmərinin tikintisi layihəsinə qoşulmaq istərdi.
Başlanğıcını Türkiyənin şərqindən götürüb Türkiyənin Bolqarıstan və ya Yunanıstanla sərhədinə kimi uzanacaq TANAP “Cənub qaz dəhlizinin” bir hissəsi olacaq. Onunla “Şahdəniz” qazının Avropaya çatdırılması nəzərdə tutulur. Minimal buraxılış qabiliyyəti 16 mlrd m3 olacaq. Layihə iştirkaçıları layihə ilə bağlı bütün məsələləri bu il bitirib gələn il tikintiyə başlamaq istəyirlər ki, qaz kəməri 2017-ci ilin sonuna hazır olsun.
Bu ilin martında rəsmi Kiyev Türkiyədən xahiş etmişdi ki, ona TANAP-da pay verilsin. Belə bir müraciəti Ukrayna baş naziri ARDNŞ rəhbərliyinə də etmişdi. Bu məsələni mətbuata şərh edən Rövnəq Abdullayev demişdi ki, TANAP-da üçüncü tərəfə pay ARDNŞ-nin payından və Xəzərdə qaz resursu olan şirkətlərə verilə bilər. --12В--
-
- Cəmiyyət
- 14 Sentyabr 2012 11:57
-
- İqtisadiyyat
- 14 Sentyabr 2012 12:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz