2014-cü ildə əmək bazarında ciddi dəyişikliklər baş verməyib
Dekabrın 1-i üçün Azərbaycan iqtisadiyyatında işəgötürənlərlə müqavilə əsasında 1 mln 507,5 min məşğul adam var. Illik hesablamada, yəni son 12 ayda muzdlu işçilərin sayı cəmi 1600 nəfər artıb.
Hökumət 2014-cü ildə 100 min yeni iş yerlərinin açıldığını, yüzlərlə sənaye və digər müəssisələrin yaradıldığını deyir. Ancaq həmin statistik məlumatlar təsdiq edir ki, söhbət yalnız fiziki şəxslərin əsasən ticarət və xidmət sahəsində yaratdığı müvəqqəti iş yerlərindən gedir.
Maraqlıdır ki, son 12 ay ərzində dövlət sektorunda çalışan işçilərin sayı 18,1 min nəfər, yaxud 2% azalıb.
2014-cü ilin dekabrın 1-ə olan vəziyyətə görə, qeyri-dövlət sektorunda 624 min adam işləyib. Bu, bir il əvvəlkindən 3% (19,9 min nəfər) çoxdur.
Qeyd edək ki, hökumət 2003-cü ilin oktyabr ayından həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkədə 1,3 mln yaxud hər il 100 min olmaqla yeni iş yerlərinin açıldığını, işsizliyin səviyyəsinin isə 5% təşkil etdiyini iddia edir. 08B
-
- Bazarların icmalı
- 9 Yanvar 2015 13:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz