- İqtisadiyyat
- 8 İyul 2015, 15:29
- 194
2014-cü ildə SOCAR-ın gəlirləri 3,2% artıb
2014-cü ildə Dövlət Neft Şirkətinin ümumi gəlirləri 39 mlrd 674 mln manat olub. Bu, 2013-cü ildəkindən 3,2% çoxdur. Bu barədə SOCAR-ın 2014-cü il üçün konsolidə edilmiş hesabatında bildirilir.
Hesabata əsasən, SOCAR-ın təkcə Türkiyədəki gəlirləri (- 26 mln manat) azalıb. 2014-cü ildə Dövlət Neft Şirkətinin Gürcüstandakı gəlirləri 45 mln manat artıb.
SOCAR-ın gəlirləri (mln manat):
| 2014-cü il | 2013-cü il |
Azərbaycan | 4 681 | 4 330 |
İsveçrə | 31 007 | 30 687 |
Türkiyə | 2 196 | 2 222 |
BƏƏ | 691 | 246 |
Gürcüstan | 680 | 635 |
Başqa ölkələr | 419 | 313 |
Ümumi konsolidə edilmiş gəlirlər | 39 674 | 38 433 |
Şirkətin İsveçrədəki gəlirləri 31 mlrd manat olub. Bu gəlirlər SOCARTrading şirkətinin fəaliyyəti hesabına yaranıb. Bu şirkət Azərbaycanın neft və neft məhsullarından başqa üçüncü ölkələrin məhsullarını da satır. SOCAR Trading maye qaz da satır. SOCARTrading-in satış paketində üçüncü ölkələrin xammal və malları daha çoxdur. Amma treyder fəaliyyətindən xalis mənfəət yüksək deyil. --12В—
-
- İqtisadiyyat
- 8 İyul 2015 15:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz