- İqtisadiyyat
- 19 Fevral 2015, 14:02
- 67
2014-cü ilin nəticələrinə görə AÇG-dən 31,5 mln ton neft hasil hasil edilib
2014-cü ildə “Azəri-Çıraq-Günəşli” (ACG) yataqlarından 233 milyon barel və ya təqribən 31,5 milyon ton neft hasil edilib. Bu haqda “BP-Azerbaijan” şirkətinin bu gün yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, 2013-cü ildə ACG yataqlarından ümumilikdə 239 milyon barel və ya 32,2 milyon ton neft hasil edilmişdi.
Ötən il ərzində ACG-də neft hasilatı 6 milyon barel və ya 700 min ton (2,17%) azalıb.
2014-cü ildə ACG-də gündəlik orta neft hasilatı 638 min barel təşkil edib. 2013-cü ildə bu rəqəm 655 370 barel olmuşdu.
2014-cü ilin sonunda ümumilikdə AÇG-də 84 quyu fəaliyyətdə olub ki, bunun da 45-i hasilat quyusu, 39-su isə qaz və su injektor quyusu idi.
Xatırladaq ki, 2013-cü ilin dekabrında AÇG-də 81 quyu fəaliyyət göstərirdi ki, bunun da 44-ü istismar quyusu, 37-si isə texniki quyular idi. –12D--
-
- İqtisadiyyat
- 19 Fevral 2015 13:26
-
- Siyasət
- 19 Fevral 2015 14:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz