2015-ci ilin sonuna kimi TANAP-ın 150 km-i qaynaq ediləcək
İlin sonuna kimi Transanadolu (TANAP) kəmərinin 150 km-i qaynaq ediləcək. Bu barədə TANAP konsorsiumu məlumat yayıb.
Qeyd edək ki, SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib ki, 2015-ci ildə 50 km magistral qaz kəməri qaynaq ediləcək.
Hazırda TANAP layihəsində bilavasitə 5 min 500 nəfər, dolayısı ilə 10 min nəfər çalışmaqdadır.
Türkiyədə boru xəttinin keçdiyi ərazilərdə torpaq sahələrinin layihə məqsədləri üçün istifadə işləri tamamlanıb və boru yerləşdirmənin 800 km-lik qismi podratçılara təslim edilib.
Qeyd edilir ki, TANAP layihəsinin mühəndislik, satınalma, inşaat idarəçiliyi və digər layihə fəaliyyətləri London, Bombey, Ankara, Qars, Ərzurum, Ərzincan, Sivas, Yozqatda davam edir:
Tədarükçü və mühəndislik xidmətləri alınan şirkətlər arasında Çinin "Baosteel Europe GmbH", İtaliyanın "Sicim" və "Valvitalia", Amerikanın "General Electric Oil & Gas" və ABB, Belçikanın "Solar Turbines" və Almaniyanın ILF kimi beynəlxalq şirkətləri yer almaqdadır.
Bundan savayı, detallandırılmış mühəndislik işləri və layihə idarəçiliyi İngiltərənin "Warley Parsons", ilkin mühəndislik işləri isə "Bechtel" şirkətləri tərəfindən icra olunmaqdadır. Beynəlxalq ƏMTQ (Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi) hesabatının hazırlanmasında isə İtalyanın "Golder Associates" və İngiltərənin ERM şirkətləri xidmət göstərməkdədirlər. –12D—
-
- Cəmiyyət
- 16 Noyabr 2015 12:25
-
- İqtisadiyyat
- 16 Noyabr 2015 12:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz