6 sığorta şirkəti 1 mln manatdan az mükafat toplayıb
Bazarın autsayderi Royal Sigorta 9 ayda 123 min 789,81 manat mükafat toplayıb, 4,58 min ödəniş edib.
Şirkətin İH sədri Nüsrət Babayevin sözlərinə görə, bu, yerli bazarın qapalı olmasının nəticəsidir. “Maliyyə Nazirliyi imkanlarımıza uyğun gəlməyən tələb qoyub. Uğurlu sığortaçılar bank və ya treyder firmlarına bağlıdır. Royal Sigortanın belə imkanı yoxdur”, deyə o bildirib.
Autsayderlər arasında elə şirkətlər var ki, təsisçisi banklar və digər kredit strukturlarıdır. Məsələn, Gunay Sigorta 276,9 min manat, Əmrah Sigorta 582,71 min manat, Era Trans 591,55 min, Azərqarant 568,93 min, Chartis Azerbaijan 730,43 min manat toplayıb.
«Royal Sığorta» 2011-ci ildə fəaliyyətə başlayıb. Şirkət İcbari Sığorta Bürosuna üzvlük üçün müraciət edib. İlkin nizamnamə kapitalı 5,5 mln manatdır. Şirkətin rəhbərliyinə Heydər Əliyevin qardaşı oğlu İlqar Əliyevdən başqa, Famil Teymurov, Vüqar Şahbazlı, Şahbaz Şahbazov və "Royal Bank"ın Müşahidə Şurasının sədrinin oğlu Fuad Cam daxildir. --17D—
-
- İqtisadiyyat
- 17 Oktyabr 2013 13:53
-
- Söz istəyirəm
- 17 Oktyabr 2013 14:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz