9 mlrd manat investisiya hara qoyulub?
Avqustun 1-i üçün iqtisadiyyata 9 mlrd 75,5 mln manat (ötən ilin eyni dövrü ilə müqayisədə +3%) investisiya qoyulub.
Dövlətstatkomun məlumatına görə, bunu 67,7%-i və ya 6 mlrd 140,7 mln manat istehsal təyinatlı obyektlərin inkişafına, 2 mlrd 934,8 mln manat xidmət sektoru obyektlərinin tikintisinə qoyulub.
Daxili (6 mlrd 429,3 mln manat və ya 70,84%) xarici investisiyalar arasında (2 mlrd 646,2 mln manat) böyük fərq var.
İlin I yarısında neft sektoruna 3 mlrd 453,3 mln manat və ya investisiyaların 38,1%-I, qeyri-neft sektoruna 5 mlrd 622,2 mln manat qoyulub. Tikinti-quraşdırma işlərinin xüsusi çəkisi (72,7% və ya 6,6 mlrd manat, artım 13%) зbu sahəyə nəzarət barədə düşünməyə məcbur edir.
İnvestisiyaların 48,5%-i dövlət, 51,5%-I özəl sektorun payına düşür. –17D—
-
- İqtisadiyyat
- 16 Avqust 2014 14:22
-
- İqtisadiyyat
- 16 Avqust 2014 15:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz