Xarici kapital qoyuluşunda Britaniya kapitalı liderdir
Bu ilin yanvar-iyulunda Azərbaycan iqtisadiyyatında xarici kapital qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə 19,07% artaraq 2 mlrd 646 mln 165,7 min manat olub.
Dövlətstatkoma görə, 31,7%-lə Böyük Britaniya (839 mln 189,2 min manat) liderdir. Ötən il bu göstərici 1,9% çoxdur. Norveş investisiyaları 474 mln 398,5 təşkil edib. Artım 85,9%-dir.
Ardınca Türkiyə – 240,42 mln, ABŞ – 239,33 mln, Fransa 160,46 mln və Yaponiya – 158,11 mln manat gəlir.
Beynəlxalq maliyyə təşkilatları nisbətən aktiv olub: Dünya Bankı 71,51 mln manat, Asiya İnkişaf Bankı 23,15 mln manat vəsait qoyub. –17D—
-
- Siyasət
- 16 Avqust 2014 14:11
-
- İqtisadiyyat
- 16 Avqust 2014 14:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz