Azərbaycanda aktivlərin idarə edilməsi üzrə yeni şirkət yaradılıb
Azərbaycanda aktivlərin idarə edilməsi üzrə üçüncü şirkət yaradılıb. “Trust Asset Management” MMC 22 iyulda qeydiyyata alınıb. Kommersiya hüquqi şəxslərin dövlət reyestrində rəsmi informasiya 13 avqustda gedib. Baza informasiyasına əsaslanıb ehtimal etmək olar ki, “Azersun Holding” MMC-yə yaxındır.
İlkin kapitalı təmin etmək üçün nizamnamə kapitalına 500 min manat qoyulub. Şirkətin direktoru “Azersun Holding” MMC-nin baş direktoru Əhməd Emadır. Müşahidə Şurasına holdinqin İH sədri Abdulbari Gözəl, baş direktorun müavini Nazim Quliyev, Milli Depozit Mərkəzi və Bakı Fond Birjasının keçmiş sədri Fariz Əzizov daxildir.
Aktivlərion idarə edilməsi müştəriyə məxsus olub, peşəkar iştirakçının idarəçiliyinə verilmiş qiymətli kağızlar və ya pul vəsaitləri ilə müştərinin mənafeyi üçün və ya onun göstərdiyi üçüncü şəxsin mənafeyi üçün qiymətli kağızlar bazarında əməliyyatların aparılması üzrə peşəkar fəaliyyətdir.
Bu fəaliyyət üçün lisenziya müddətsiz verilir, dövlət rüsumu 5 500 manatdır.
İlk lisenziyanı 2013-cü ilin avqustunda "İnvest Az Asset Management" şirkəti (NK – 125 min manat) alıb. Ardınca "AzFinance Asset Management" (NK – 150 min manat) gəlir, bu il iyunun 30-da QKDK ona ikinci lisenziyanı verib. 08B
-
- İqtisadiyyat
- 16 Avqust 2014 14:30
-
- Cəmiyyət
- 16 Avqust 2014 15:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz