- İqtisadiyyat
- 13 Fevral 2015, 12:22
- 174
ABŞ Azərbaycanın Avropaya qaz tədarükü məsələsində səylərini alqışlayır
ABŞ Azərbaycanın Avropaya qaz tədarükü məsələsində səylərini alqışlayır, deyə Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstayn 12 fevralda Bakıda mətbuat konfransı zamanı bildirib.
«ABŞ-la Azərbaycan müxtəlif səpkidə əməkdaşlıq edirlər, enerji sahəsində əməkdaşlıq isə onlardan biridir”., deyə o bildirib.
Hoxstaynın sözlərinə görə, Azərbaycan prezidenti ilə görüşündə də Avropanın enerji təhlükəsizliyi müzakirə edilib.
«ABŞ Azərbaycanın Avropaya qaz tədarükünün şaxələndirilməsi səylərini alqışlayırıq», - deyə o bildirib.
Hoxstayn deyib ki, yeni marşrutlar açılanda tədarükçünün kim olması əhəmiyyətlidir.
«Perspektivdə Yunanıstan-Bolqarıstan interkonnektoru yaradıla bilər. ABŞ hesab edir ki, vaxt gələcək belə interkonnektorlar Bolqarıstanı Macarıstanla, Serbiya ilə birləşdirəcək», - deyə o bildirib.—12D—
-
- İqtisadiyyat
- 13 Fevral 2015 12:17
-
- Cəmiyyət
- 13 Fevral 2015 12:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz