Accessbank-ın kapitallaşması dörddə bir artıb
Yanvar-sentyabrda "Accessbank" ASC-nin aktivləri 19,3% artaraq 466 mln manata çatıb. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 23,5% artaraq 364,77 mln manat olub.
Bankın ümumi öhdəlikləri 299,08 mln-dan 360,06 mln manata artıb. Depozit portfeli 9,4% genişlənərək 132,61 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 1,6% artaraq 88,58 mln manat olub.
Balans kapitalı 105,94 mln manata çatıb. Məcmu kapital 11,4% artımla 100,57 mln manat, ödənilmiş nizamnamə fondu 25,4% artaraq 85 mln manat olub.
Bankın gəlirləri 73,91 mln manat, xərcləri 58,55 mln manat təşkil edib. Onlar 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,4% və 14,6% artıb. Vergi ödəniləndən sonra xalis mənfəət 20,5% artaraq 13,49 mln manata çatıb. --15B--
-
- Cəmiyyət
- 2 Noyabr 2012 12:22
-
- İqtisadiyyat
- 2 Noyabr 2012 12:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz