- İqtisadiyyat
- 2 Oktyabr 2013, 13:38
- 207
AccessBank-ın plastik kart sahibləri üçün yeni xidmət təklif edir
"AccessBank" QSC AccessQazanc xidmətinə başlayıb.
Bundan sonra AccessBank plastik kartı ilə ödəniş edən müştərilər AccessQazanc layihəsi üzrə tərəfdaşlıq edən ticarət nöqtələrində ödəniş edərkən ödədikləri məbləğin 17%-dək hissəsini kartlarına geri alacaqlar.
AccessQazanc – bank kartı ilə ödənilən malın dəyərinin bir qisminin geri qaytarılmasını nəzərdə tutan unikal bir xidmətdir. Yəni mala və ya xidmətə görə ödənilən məbləğin müəyyən hissəsi müştərinin kart hesabına geri qaytarılır. Qaytarılan məbləğ ödəniş edən zaman müştərilərə təqdim olunan çeklərin üzərində göstərilir. Müştərilər bu xidmətdən müxtəlif marketlərdə, restoranlarda, eləcə də geyim, ayaqqabı, məişət texnikası, mobil telefon mağazalarında, tibbi mərkəzlərdə və digər ticarət obyektlərində və xidmət sahələrində istifadə edə bilərlər. AccessQazanc layihəsi Bankın həm debet, həm də kredit kartlarının sahibləri üçün nəzərdə tutulub. Qaytarılan vəsait daha sonra istənilən qaydada istifadə oluna, o cümlədən bankomatlardan nağd şəkildə çıxarıla bilər.
AccessBankın kart sahibləri bu xidmətdən istifadə edib mənfəət əldə edə bilərlər. AccessQazanc layihəsinə qoşulan təşkilatların siyahısını keçiddən öyrənmək olar. AccessBank 2002-ci ildə QDTİB, AYİB, BMK, KfW, Access Holding və Almaniyanın məsləhətçilik şirkəti olan LFS Financial Systems (LFS) kimi təşkilatlar tərəfindən yaradılıb. –15D--
-
- Siyasət
- 2 Oktyabr 2013 13:20
-
- İqtisadiyyat
- 2 Oktyabr 2013 13:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz